05 noyabr 2026 23:13
357

Astaranın qəhrəman oğlu Kamran Seyfullazadə

44 günlük haqq savaşımızda Vətənin azadlığı naminə son damla qanına qədər döyüşüb şəhidlik zirvəsinə ucalan   Kamran Cəlal oğlu Seyfullazadə 14 yanvar 1999-cu ildə Astara şəhərində  dünyaya göz açıb. Orta təhsilini Astara şəhər F. Əliyarov adına 6 saylı tam orta məktəbdə alıb.

Tarix yazan Kamran Seyfullazadə “N” saylı hərbi hissədə  xidmət edim. O, İyul hadisələri zamanı hərbi komissarlığa gedərək könüllü cəbhəyə- döyüşə getmək üçün yazılı ərizəsi ilə müraciət edib. Əks-hücum əməliyyatları başlayan ilk günlərdə Kamran  cəbhəyə yollanıb. Füzuli, Hadrut, Cəbrayıl istiqamətində ölüm-dirim  döyüşlərdə  böyük şücaət göstərib. Eləcə  dəfələrlə yaralı döyüş yoldaşlarını müharibə  meydanından çıxarıb.

Döyüş yoldaşları Kamranın onlarla erməni başını kəsdiyindən danışıb. Sonda isə Şuşaya ilk daxil olan Xüsusi Təyinatlı Dəstənin könüllüsü olaraq Kamran 4 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə qovuşub. 5 noyabr 2020-ci ildə doğulduğu Astara şəhərində torpağa tapşırılıb.

Astara elinin qeyrətli, mərd oğlu Kamran Seyfullazadə ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi  üçün "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları  ilə təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü