05 noyabr 2026 14:38
125

Fransa hakimiyyəti 81 liseyin etirazçılar tərəfindən bloklandığını bəyan etdi

Fransada etirazçılar 81 liseyi — ölkə üzrə bu növ təhsil müəssisələrinin ümumi sayının təxminən 2.2%-ni bloklayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə "BFMTV" telekanalı respublikanın Təhsil Nazirliyinə istinadla məlumat verib.

"Hakimiyyət orqanlarının bildirdiyinə əsasən, təhsil müəssisələrinin ümumi sayının 2.2%-i, yəni cəmi 81 lisey bloklanıb. Departamentlərin 84%-ində heç bir bloklanma halı qeydə alınmayıb", — deyə telekanalın efirində bildirilib.

Öz növbəsində, "Union Syndicale Lycéenne" yuxarı sinif şagirdləri assosiasiyasının nümayəndələri ölkə üzrə mindən çox liseyin fəaliyyətini dayandırdığını iddia edirlər.

Noyabrın 5-də Fransada əməkhaqlarının artırılmasını və hakimiyyətin əlavə qənaət tədbirlərindən imtina etməsini tələb edən həmkarlar ittifaqlarının kütləvi tətili keçirilir. Həmkarlar ittifaqlarının kütləvi nümayişlərinə sentyabrın sonundan bəri etiraz aksiyalarını davam etdirən tələbə və yuxarı sinif şagirdləri assosiasiyaları da qoşulub. Onlar Fransa Təhsil Nazirliyindən bəzi məktəblərdə bir sıra fənlər üzrə müəllim çatışmazlığı ilə bağlı vəziyyəti düzəltməyi tələb edir, həmçinin təhsil müəssisələrinin acınacaqlı vəziyyətindən və həddindən artıq yüklənmiş dərs cədvəlindən şikayətlənirlər.