05 noyabr 2026 09:11
163

Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi ABŞ-la birgə hərbi təlimlərin sırf müdafiə xarakteri daşıdığını bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Cənubi Koreya və ABŞ-ın birgə təlimləri müdafiə xarakteri daşıyır və Şimali Koreyanın nüvə və raket proqramlarından qaynaqlanan artan təhdidə cavab olaraq müdafiə qabiliyyətini qorumaq məqsədilə hər il keçirilir", – bəyanatda qeyd olunub.

Qurum həmçinin vurğulayıb ki, bu cür təlimlər təkcə Koreya yarımadasında deyil, bütün Şimal-Şərqi Asiyada sülh və sabitliyin qorunmasına töhfə verir.