04 noyabr 2026 22:41
126

Pavel Herçinski: Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayanıb

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bu ölkənin sözügüdın quruma inteqrasiyası, 2026-cı il üzrə genişlənmə hesabatı və tərəflər arasında münasibətlərin hazırkı vəziyyəti ilə bağlı açıqlamalar verib.

“İki sahil” xəbər verir ki, səfir bu barədə noyabrın 4-də Tbilisidə Avropa Komissiyasının genişlənmə hesabatına dair keçirdiyi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, hesabatın hazırlanması zamanı Gürcüstanın müxtəlif maraqlı tərəfləri ilə məsləhətləşmələr aparılıb və sənəd üçün ən mühüm məlumatlar ölkə hökumətindən daxil olub. O bildirib ki, Gürcüstan hakimiyyəti aprelin 27-də və sentyabrın 7-də Avropa tərəfinə ümumilikdə 530 səhifədən çox məlumat təqdim edib.

Səfir Gürcüstanın Avropa İttifaqına üzvlük prosesinin faktiki olaraq dayandığını bildirib. O, demokratik dəyərlər, qanunun aliliyi və fundamental hüquqlar sahəsində vəziyyətlə bağlı narahatlığını ifadə edib.

Herçinski, eyni zamanda, Gürcüstanın Avropa perspektivinin açıq qaldığını vurğulayıb. Onun sözlərinə görə, hakimiyyət Avropa İttifaqına üzvlük üçün əsas olan dəyərlərə və islahatlara yenidən sadiqlik nümayiş etdirərsə, ölkənin inteqrasiya istiqamətində irəliləməsi mümkündür.

Səfir Avropa İttifaqının zorakılığı, vandalizmi və “Molotov kokteylləri”nin istifadəsini heç vaxt dəstəkləmədiyini bildirib. Herçinski siyasətçiləri və jurnalistləri ittifaq əleyhinə ritorikada iştirak etməməyə çağırıb.

Qeyd edək ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Komissiyasının hesabatını tənqid edib. O, Herçinskinin mətbuat konfransından əvvəl 2025-ci il oktyabrın 4-də Prezident Administrasiyasına hücumla bağlı mövqeyini açıqlamasını istəyib.