17 yanvar 2017 14:20
328

Gecə klubunda terror törətmiş şəxs həbs olunub

Yeni il gecəsi İstanbulun gecə klubunda terror törətmiş şəxs həbs olunub

Yeni il gecəsi İstanbulun Örtaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edərək çoxsaylı günahsız insanı qətlə yetirən terrorçu həbs olunub.

Rəsmi məlumata görə, terrorçu İstanbulun Esenyurd rayonu ərazisində yaxalanıb. Antiterror əməliyyatı İstanbul Əmniyyət Müdirliyinin terrorçuluqla mübarizə şöbəsi tərəfindən həyata keçirilib. Uğurlu əməliyyat nəticəsində Abdülqədir Masharipov, qırğız əsilli bir kişi və üç qadın olmaqla ümumilikdə 5 nəfər həbs edilib.

Qeyd edək ki, terror aktı nəticəsində 39 nəfər həlak olub, 40 nəfər yaralanıb.