Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) keçidi üçün hava məkanlarını guya açmasına razılıq vermələri ilə bağlı Rusiyanın dezinformasiya kampaniyasını qətiyyətlə rədd edirlər.
“İki sahil” xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyinin (XİN) saytında açıqlanan nazirlərin birgə bəyanatında bildirilib.
Bəyanatda vurğulanıb ki, bu iddialar tamamilə əsassızdır.
"Baltik dövlətləri heç vaxt öz ərazilərinin və hava məkanının Rusiyadakı hədəflərə dron hücumları üçün istifadəsinə icazə verməyiblər", – bəyanatda bildirilib.
Qeyd olunub ki, Baltik dövlətləri bu ittihamları rəsmi olaraq təkzib edib və bu barədə Rusiyanın Tallinndəki (27 mart), Riqadakı (31 mart) və Vilnüsdəki (27 mart) diplomatik missiyalarının müvəqqəti işlər vəkillərinə aydın şəkildə məlumat veriblər.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir