Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə fakültənin şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib.
Tədbirin moderatoru, fakültənin TGT sədri Çinarə Ələkbərova Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanların həyat yolunun gənc nəsil üçün örnək olmasından bəhs edib. O, şəhid Manaf Bəhmənlinin vətənpərvərliyi və nümunəvi tələbəlik həyatı haqqında iştirakçılara ətraflı məlumat verib.
BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyadxan Əliyev, dekan müavini Etibar Əhmədov Manaf Bəhmənlinin tələbəlik illəri haqqında xatirələrini bölüşüb, şəhid məzunların qəhrəmanlığının daim ehtiramla anıldığını vurğulayıblar.
Daha sonra yarışın keçirilmə qaydaları iştirakçıların diqqətinə çatdırılıb və komandalara uğurlar arzulanıb.
Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, “Şərqin incisi” komandası I, “Qarabağ” komandası II, “Zəfər-44” komandası isə III yerə layiq görülüb.
Sonda qalib komandalara sertifikatlar verilib.
Mediatur çərçivəsində Şəbəkə Emalatxanası və Təlim Mərkəzinə baxış olub - FOTO
BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
İndoneziyada “ASAN xidmət” təcrübəsi əsasında 300-dən çox mərkəz fəaliyyət göstərir