2025-ci ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.
“Ölkəmizdə Mərkəzi Asiya kapitalı ilə fəaliyyət göstərən 400-dən çox şirkət var”, – deyə Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı ticarətin artırılması çərçivəsindən kənara çıxaraq birgə investisiyaları, istehsalın inkişafını və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutan yeni mərhələyə keçir.
M.Cabbarov Azərbaycanın Türkmənistanla iqtisadi əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb. Onun sözlərinə görə, iki ölkənin iqtisadi potensialı yeni perspektivlərin öyrənilməsi və əməkdaşlığın şaxələndirilməsi üçün zəmin yaradır.
Nazir həmçinin Birgə Hökumətlərarası Komissiyanın ikitərəfli əlaqələrin genişləndirilməsi üçün mühüm platforma kimi rolunu qeyd edib.
“İyul ayında Aşqabadda keçirilən komissiyanın doqquzuncu iclasında ticarət-iqtisadi əməkdaşlıq, energetika, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, su infrastrukturu və digər prioritet istiqamətlərdə tərəfdaşlığın gücləndirilməsi ilə bağlı səmərəli müzakirələr apardıq”, – deyə o bildirib.
Nazir: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Görüşündə iştirakı region üçün yeni imkanlar açır
SOCAR Türkmənistanda perspektivli yataqların işlənməsində iştirak etməkdə maraqlıdır – nazir
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir