14 oktyabr 2026 21:35
171

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Rusiya ordusunun Ukraynanın Lutsk şəhərinə reaktiv dronla endirdiyi zərbə nəticəsində dağılan mülki infrastrukturda axtarış-xilasetmə əməliyyatları başa çatıb.

“İki sahil” xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, hava hücumu zamanı 6 nəfər həlak olub, 13 nəfər xəsarət alıb.

Qeyd edək ki, oktyabrın 14-nə keçən gecədən başlayaraq Ukraynanın bir sıra böyük şəhərləri kütləvi hava zərbələrinə məruz qalıb.