Taxıl ixracındakı problemlər fonunda Ukraynanı maliyyə böhranı təhlükəsi gözləyir.
“İki sahil” xəbər verir ki, bu barədə "The Financial Times" yazır.
Nəşrdə qeyd olunur ki, Ukraynanın maliyyə imkanları üçün bu, əsl fəlakətdir. Taxılın avtomobil nəqliyyatı ilə daşınması üçün çəkilən nəhəng əlavə xərclər o deməkdir ki, onun yalnız cüzi bir hissəsi quru yolu ilə xarici bazarlara çıxarıla biləcək.
Daha əvvəl KİV-də Polşa və Rumıniyanın Ukrayanaya taxıl ixracında köməkliyi artırmaq istəmədikləri barədə məlumatlar dərc olunmuşdu.