25 sentyabr 2026 09:50
73

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan hərbçiləri Ər-Riyada dəstək məsələsini müzakirə edəcəklər

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan silahlı qüvvələrinin baş qərargah rəisləri husilərin davam edən hücumları ilə əlaqədar Məkkə Sazişi çərçivəsində Ər-Riyada dəstək tədbirlərini müzakirə etmək üçün görüş keçirəcəklər.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici siyasət idarəsi məlumat yayıb.

"Görüş iştirakçıları Məkkə Birgə Müdafiə Sazişinə uyğun olaraq krallığa dəstək yollarını tapmaq məqsədilə üç ölkənin qərargah rəislərinin təcili müşavirəsinin keçirilməsi üzrə cari razılaşmaları müzakirə ediblər", – deyə bəyanatda bildirilir.

Qeyd olunduğu kimi, danışıqlar Səudiyyə Ərəbistanının BMT yanında Nyu-Yorkdakı daimi nümayəndəliyinin qərargahında baş tutub. Tədbirdə krallığın xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud, Türkiyə XİN-in rəhbəri Hakan Fidan və Pakistanın baş nazirinin müavini, xarici işlər naziri İshaq Dar iştirak ediblər. Tərəflər müdafiə paktı çərçivəsində baş katibliyin, komitələrin və işçi qruplarının yaradılmasında əldə olunan irəliləyişləri nəzərdən keçiriblər.