24 sentyabr 2026 18:50
100

Tramp: ABŞ və Çin hər iki ölkənin qarşısında duran məsələlərdə uğurlar əldə ediblər

ABŞ prezidenti Donald Tramp bildirib ki, o və Çin lideri Si Çinpin son illərdə Birləşmiş Ştatlar və Çinin qarşısında duran məsələlərin həllində mühüm uğurlar əldə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Sədr Si Çinpin və mən səylərimizi birləşdirərək iki ölkəmizin qarşısında duran məsələlərin həllində böyük uğurlar əldə etmişik. May ayında son səfərim zamanı biz ticarət şurası yaratdıq. Bu, inanılmaz dərəcədə uğurlu olduğunu sübut edən tamamilə yeni mexanizmdir. Komandalarımız daha balanslaşdırılmış ticarət münasibətlərinin formalaşmasına kömək etmək, o cümlədən Amerika fermerlərinə bazarlara yeni çıxışın təmin edilməsi istiqamətində işləyirlər", – deyə Amerika prezidenti Çin liderinin dövlət səfəri münasibətilə Ağ Evdə keçirilən təntənəli mərasimdə qeyd edib.

İki dövlət başçısı daha sonra ABŞ prezidentlərinin rəsmi iqamətgahında danışıqlara başlayacaqlar.

Axşam Ağ Evdə liderlərin qısa bəyanatlarla çıxış edəcəyi dövlət qəbulu keçiriləcək.