24 sentyabr 2026 12:15
86

Çin İran və ABŞ-ı Fars körfəzində sülhü bərpa etməyə çağırıb

İran və ABŞ hakimiyyətləri aralarındakı mövcud münaqişəni tənzimləməli və Fars körfəzində sülhü bərpa etməlidirlər.

“İki sahil” TASS-s istinadla xəbər verir ki, bu barədə ÇXR XİN-in rəsmi nümayəndəsi Quo Ciyakun bildirib.

"Birləşmiş Ştatlar və İran arasındakı münaqişə müvafiq tərəflərin və beynəlxalq birliyin ümumi maraqlarına cavab vermir", — deyə o, brifinqdə vurğulayıb. Çinli diplomat dəqiqləşdirib ki, Tehran və Vaşinqton "dinc yola sadiq qalmalı, mübahisələri dialoq və danışıqlar yolu ilə tənzimləməli, Fars körfəzi regionunda və Yaxın Şərqdə sülhün və sakitliyin tezliklə bərpa olunmasına kömək etməlidirlər".