24 sentyabr 2026 10:39
81

ABŞ məhkəməsindən CNN, MSNBC və "Politico" ilə bağlı qərar

ABŞ-ın Vaşinqton əyalət məhkəməsi Amerika prezidenti Donald Trampı CNN, MSNBC və "Politico" jurnalistləri üçün Ağ Evə girişi bərpa etməyə məcbur edib. Hakim KİV-in administrasiyaya qarşı qaldırdığı məhkəmə iddiasına baxılan müddətdə buraxılış vəsiqələrinin qaytarılması tələbini təmin edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Dairə hakimi Tim Kelli məmurlara 14 gün ərzində jurnalistlərin Ağ Evə girişini məhdudlaşdırmağı qadağan edib. O, öz qərarında ABŞ administrasiyasının qadağanın milli təhlükəsizlik mülahizələri ilə diktə olunduğu barədə arqumentlərini rədd edib.

"İş materiallarında cavabdehlərin iddiaçıların daimi buraxılış vəsiqələrinin ləğv edilməsinin həqiqətən də milli təhlükəsizliyin qorunmasını təmin edəcəyi ilə bağlı sözlərinin faktiki təsdiqi yoxdur", – deyə hakim bildirib.

Bundan əlavə, o qeyd edib ki, Trampın özü qadağanı həmin KİV-in hadisələri işıqlandırmasının "dürüst olmaması və neqativ xarakter daşıması" ilə izah edib.

Sentyabrın 23-də keçirilən dinləmələrdə hakim həmçinin qeyd edib ki, Ağ Ev, görünür, qadağan olunan xəbər təşkilatlarına qərardan şikayət etmək üçün real imkan yaratmayıb.