Azərbaycan Premyer Liqasının III turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.
“İki sahil” xəbər verir ki, Peşəkar Futbol Liqasından bildirilib ki, qəsəbə klubu onun rəhbərliyi dövründə çempionatda 200-cü oyununa çıxıb. Onun yetirmələri bu qarşılaşmada 1:0 hesablı qələbə qazanıblar.
2020-ci ilin yayından “Zirə”yə rəhbərlik edən Sadıqovun yetirmələri 7 mövsüm ərzində 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə uduzub. Bu oyunlarda rəqib qapılarına 247 qol vuran qəsəbə klubu öz qapısından 187 top buraxıb.
Qeyd edək ki, Sadıqovun bu postda debütü 2020-ci il avqustun 23-də “Qəbələ” ilə səfər görüşündə (1:1) gerçəkləşib.