ABŞ-nin Avropadakı hərbi iştirakını yenidən qiymətləndirmə prosesinə başlaması NATO ölkələrinin öz ərazisində daimi Amerika hərbi bazalarını saxlamaq və ya yerləşdirmək imkanı uğrunda yarışa hazırlaşmasına gətirib çıxarıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri Pentaqon rəhbərinin siyasi məsələlər üzrə müavini Elbric Kolbinin avqustun 27-də Brüsselə etdiyi səfərini şərh edərkən yazıb.
"Yenidən qiymətləndirmə prosesinin özü NATO ölkələrinin öz ərazilərində ABŞ-nin hərbi iştirakı uğrunda rəqabət aparacağı qorxusunu yaradıb", — deyə nəşr qeyd edib.
Məlumata görə, NATO ölkələri ABŞ-ni öz ərazilərində hərbi bazaları saxlamağa və ya yerləşdirməyə inandırmağa çalışaraq artıq "müsabiqəyə" başlayıblar.
Qəzet xatırladıb ki, ABŞ avqustun əvvəlində NATO ölkələrinə ətraflı sorğu vərəqəsi göndərib. Burada "milli hərbi xərclərdən tutmuş ABŞ-nin xarici siyasətinə münasibətə dəfələrlə toxunan geniş spektrli məsələlər üzrə mövqeləri ətraflı şərh etmək" tələb olunur.
"Politico" qeyd edir ki, ABŞ üçün Avropadakı hərbi iştirakını yenidən qiymətləndirmənin əsas elementlərindən biri Amerika qoşunlarının Avropadakı bazalardan öz mülahizələrinə əsasən istifadə etməsinə qoyulan hər hansı məhdudiyyətin aradan qaldırılması tələbidir. Bu proses bir sıranı NATO ölkəsinin, xüsusilə İspaniyanın ABŞ-yə öz ərazisindəki hərbi bazalardan İramı bombardman etmək imkanını verməkdən imtina etməsindən sonra başladılıb.
BMT-nin Dəniz Təşkilatı Hormuz boğazında hücuma məruz qalan gəmilərin sayını açıqlayıb
Çin Ordusunun keçmiş Qərargah rəisi Mərkəzi Hərbi Şuranın tərkibindən çıxarılıb