Maye qaz daşıyan gəmi, suyun səviyyəsinin aşağı düşməsi səbəbindən buraxılış qabiliyyətini məhdudlaşdıran Panama kanalından təcili keçmək üçün rekord məbləğdə — 5,3 milyon dollar ödəyib.
“İki sahil” xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) agentliyinə Panama kanalının inzibatçısı İlya Espino de Marotta məlumat verib.
"Son vaxtlar biz kifayət qədər yüksək qiymətlərlə üç təklif almışıq", — deyə o, ödənilən məbləğin hazırda "ən yüksək göstərici" olduğunu qeyd edib. Ötən həftə Panama kanalı administrasiyası regionda suyun səviyyəsinə təsir edən az yağınntı səbəbindən gəmilərin gündəlik keçid sayını azaltmaq qərarına gəlib. O, məhdudiyyətlərin tətbiqini yağıntı defisiti ilə izah edib — son dörd ay ərzində kanal hövzəsində yağıntıların həcmi tarixi normadan 34% az, hövzəyə su axını isə orta göstəricidən 44% aşağı olub.
Kanal vasitəsilə tranzit imkanı əvvəlcədən növbəyə yazılmaqla planlaşdırılır, lakin növbədənkənar keçid hərracda satıla bilər. Aprel ayında belə hərracların birində Hormuz boğazının bağlanması səbəbindən karbohidrogenlərin daşınmasına tələbatın kəskin artması nəticəsində gəmi 4 milyon dollara qədər vəsait ödəmişdi. Panama kanalı administrasiyasının məlumatına görə, 2025-ci ilin oktyabrından 2026-cı ilin fevralına qədər olan dövrdə orta təklif qiyməti təxminən 55 min dollar təşkil edirdi. Həmin vaxtdan bəri bu məbləğ orta hesabla üç dəfə artıb.
BMT-nin Dəniz Təşkilatı Hormuz boğazında hücuma məruz qalan gəmilərin sayını açıqlayıb
Çin Ordusunun keçmiş Qərargah rəisi Mərkəzi Hərbi Şuranın tərkibindən çıxarılıb