27 avqust 2026 21:45
109

ABŞ İrana qarşı hərbi hücum həyata keçirsə...

Ağ Ev İrana qarşı hərbi və iqtisadi hücum həyata keçirsə, bu, Amerikaya baha başa gələcək.

“İki sahil” "Tasnim"ə istinadla xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşdə deyib.

"Amerika şər işlərə əl atarsa, onların başına tarixə yazılacaq bir bəla gətirərik", - M. Rezai bildirib və İranın çətin günlərdə Qətərə kömək etdiyini xatırladıb.

Onun sözlərinə görə, Tehran Vaşinqtona etibar etmir: "Onlar dəfələrlə diplomatiya və danışıqlara xəyanət ediblər. Amerikanın hərbi və iqtisadi maraqlarına problem yarada bilərik.

Amerika əvvəlcə İranın şərtlərinin yerinə yetirilməsi istiqamətində əməli addımlar atmalıdlr, bundan sonra isə İran Hörmüz boğazının yenidən açılması üçün hərəkətə keçəcək.

Al Tani isə çətin şəraitdə İranın yardımlarına və iki ölkə arasındakı qardaşlıq əlaqələrinə görə minnətdarlıq edərək bildirib ki, ölkəsi İran ilə əməkdaşlıqda heç vaxt tərəddüd etməyib:

"Bölgənin hazırkı həssas şəraitində, məsuliyyət hissinə əsaslanan motivasiya ilə İranla əməkdaşlığa həmişə can atırıq".