27 avqust 2026 19:36
94

Blokada bərpa olunandan ABŞ tərəfindən istiqaməti dəyişdirilən gəmilərin sayı 75-ə çatıb

İyulun ortalarında İranın dəniz limanlarının blokadası bərpa olunandan bəri Amerika hərbçiləri 75 kommersiya gəmisinin istiqamətini dəyişdirib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Avqustun 27-nə olan vəziyyətə görə, CENTCOM qüvvələri 75 kommersiya gəmisinin istiqamətini dəyişdirib, 3 gəmini sıradan çıxarıb və daha 2 gəmiyə desant çıxarıb", — deyə komandanlığın "X" sosial şəbəkəsindəki bəyanatında bildirilir.

ABŞ iyulun 14-də İrana qarşı dəniz blokadasını bərpa edib. Avqustun 23-də istiqaməti dəyişdirilən gəmilərin sayı 70 təşkil edirdi.