05 yanvar 2017 17:59
537

Qəhrəman körpə videosu dünya gündəmini zəbt etdi

İki gündür dünyanın gündəmindən düşməyən, qardaşını xilas edən uşağın videosunun saxta olduğu iddia edilib.

İki yaşlı körpənin əkiz qardaşını aşan dolabın altından xilas etdiyi görüntülər Yutubda yükləndiyindən bəri 5 milyondan çox izlənilib. Ancaq bəzi tamaşaçılar tərəfindən inandırıcı olmayan videonun ailə tərəfindən xüsusi ilə çəkildiyi iddia edilib.

ABŞ-da çəkilən görüntüləri izləyənlərin böyük əksəriyyəti iki yaşındakı Boudinin qardaşını qəhrəmancasına xilas edilməsinə yönəltsə də bəziləri videodakı bəzi  məqamlara toxunublar.

Yazılan rəylərdə siyirtmələrin boş olması, otaqda heç kimin olmaması, üstəlik dolabın aşmasından sonra heç kimin bunu eşidib körpələrə kömyə gəlməməsi şübhə doğurduğu bildirilib.

Kameranın, otağın küncündə yerləşən dolabı çəkməsi başqa bir sualdır.

Hadisədən sonra ABŞ-da televiziya proqramlarına qonaq edilən körpələrin atasının, gizli kamera satan firmada çalışdığını söyləməsi videonun reklam olduğu iddialarını gücləndirib.

Bu cür gizli kameralar xüsusilə baxıcıları izləmək üçün evlərə yerləşdirilir və "baxıcı kamerası" adlanır. CNN-ə açıqlama verən ailə isə bu iddiaları rədd edərək baş verənlərin təsadüf olduğunu bildiriblər./Faktxəbər