Valensiyada beynəlxalq təlim-məşq toplanışında iştirak edən Azərbaycan milli komandası İspaniya Super Kubokunda qüvvəsini sınayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Qeyd edilib ki, yığmamızın üzvləri Zelim Tçkayev (-90 kq) və Murad Fətiyev (-100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı 22 avqustda başa çatacaq.
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib
Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi etməklə dünyada idman mərkəzi kimi tanınır