Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Ağdam təmsilçisindən məlumat verilib.
Bildirilib ki, cinah müdafiəçisi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev, Ukrayna) ilə keçirilən cavab oyununda zədələnib:
"Aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir. Onun müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir".
Xatırladaq ki, "Qarabağ" iki oyunun (0:1, 2:0) nəticəsinə əsasən "Dinamo"nu mübarizədən kənarlaşdırıb.
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib
Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi etməklə dünyada idman mərkəzi kimi tanınır