17 avqust 2026 01:43
153

Nəriman Axundzadə Superliqada debüt etdi

Türkiyə Superliqasında ilk turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin yeni klubu “Ərzurumspor” səfərdə “Amedspor”la qarşılaşıb. Görüş “Ərzurumspor”un 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Nəriman matçın 75-ci dəqiqəsində, rəqib hər 3 qolu vurduqdan sonra meydana çıxıb.

"Ərzurumspor" 2-ci turda "Qalatasaray"ı qəbul edəcək. Avqustun 21-də keçiriləcək görüş Baı vaxtı ilə saat 22:30-da başlayacaq.