15 avqust 2026 18:40
109

"Araz-Naxçıvan" Zaur İsmayılovu baş məşqçi təyin edib, nəticələrə Cavid Hüseynov cavabdeh olacaq

Lisenziyalaşdırma qaydalarının tələblərini yerinə yetirmək üçün UEFA PRO kateqoriyasına sahib Zaur İsmayılov "Araz-Naxçıvan"ın əsas komandasına baş məşqçi təyin edilib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bununla belə, rəhbərliyin klubdaxili qərarına əsasən, Misli Premyer-Liqasının 2026/2027 mövsümündə A komandanın nəticələrinə, komandanın məşq və oyunlarının idarə olunmasına, komandanın taktiki-texniki hazırlığına və mətbuatla ünsiyyətə (mətbuat konfranslarında iştirak, komanda ilə bağlı açıqlamar vermək) cavabdehlik isə Cavid Hüseynova həvalə olunub.