15 avqust 2026 18:25
110

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" 1/4 finala vəsiqə qazanıb

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının "Sea Breeze"də keçirilən mərhələsində 1/4 finala vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi B qrupunda İspaniyanın "Arrasate Ointxe" klubunu (12:10) və Çinin "Yanjinq" kollektivini (21:13) məğlub edib.

Azərbaycan millisi isə Ukrayna (5:14) və Misir (7:21) yığmalarına uduzaraq mübarizəni dayandırıb.

Xatırladaq ki, 16 komandanın mübarizə apardığı turnirdə 1/4, yarımfinal və final matçları avqustun 16-da olacaq.