15 avqust 2026 17:00
83

İlham Zəkiyev Avropa çempionatının finalında

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Almaniyada keçiriləcək Avropa çempionatında finala yüksəlib.

“İki sahil” xəbər verir ki, bu haqda Milli Paralimpiya Komitəsi məlumat yayıb.

O, (J1, +95 kq) yarımfinalda Böyük Britaniyanı təmsil edən Daniel Enqlişə qalib gəlib. 

Xatırladaq ki, ötən gün Saleh Sultanov (J1, 81 kq) yarışda bürünc medal qazanıb.