15 avqust 2026 15:23
91

“Milan” futbolçusunu icarəyə verdi

İtaliyanın “Milan” klubu müdafiəçisi Zakari Atekameni icarəyə verib.

“İki sahil” xəbər verir ki, 21 yaşlı isveçrəli futbolçu karyerasını Fransanın “Lion” klubunda davam etdirəcək. Bu haqda Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb. Razılaşmada satınalma hüququ nəzərdə tutulmayıb.

Atekame daha çox oyun praktikası qazanmaq istədiyi üçün “Milan” onun icarəyə göndərilməsi ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, “Milan” futbolçunu ötən ilin yayında “Yanq Boyz”dan 10 milyon avroya transfer etmişdi. Müdafiəçi “rossoneri”nin heyətində 29 oyunda 873 dəqiqə meydanda olub, A Seriyasında 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.