“İnter” futbolçusu David Frattezini icarəyə göndərib.
“İki sahil” xəbər verir ki, italiyalı yarımmüdafiəçi karyerasını "Latsio"da davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçunun icarəsi “Latsio”ya 5 milyon avroya başa gələcək. Müqavilədə Frattezinin 10 milyon avroya satınalma hüququ da nəzərdə tutulub.
Bununla yanaşı, “Latsio” satınalma hüququndan istifadə etdikdən sonra futbolçunu başqa kluba satarsa, “İnter” həmin transfer məbləğinin 50 faizini əldə edəcək.
Klublar arasındakı razılaşmanın rəsmi detalları hələlik açıqlanmayıb.
Frattezi 2023-cü ildən “İnter”də çıxış edirdi. O, Milan klubuna “Sassuolo”dan keçmişdi.