15 avqust 2026 10:26
109

İmmobile karyerasını başa vurdu

İtaliyalı hücumçu Çiro İmmobile peşəkar futbolçu karyerasını başa vurub.

“İki sahil” xəbər verir ki, bu barədə 36 yaşlı futbolçu son klubu “Paris”in mətbuat konfransı zamanı açıqlama verib.

İmmobile karyerası ərzində “Latsio”, “Yuventus”, “Torino”, “Peskara”, “Cenoa”, “Qrosseto”, “Bolonya”, “Siena”, “Sorrento”, “Beşiktaş”, Dortmund “Borussiya”sı, “Sevilya” və “Paris” klublarında çıxış edib.

İtaliyalı futbolçu ümumilikdə 656 oyuna çıxıb, 350 qol vurub və 82 məhsuldar ötürmə edib.

Çiro İmmobile 4 dəfə A Seriyasının bombardiri olub (2013/14, 2017/18, 2019/20, 2021/22). O, 2019/20 mövsümündə A Seriyasının ən yaxşı futbolçusu seçilib, İtaliya millisi ilə Avro-2020-nin qalibi olub.

Bundan başqa, hücumçu İtaliya Kubokunu, iki dəfə İtaliya Superkubokunu, Almaniya Kubokunu və Türkiyə Superkubokunu qazanıb.