15 avqust 2026 09:16
116

Bu gün La Liqada yeni mövsüm başlayır

Bu gün İspaniya La Liqasında 2026/27 mövsümünə start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Bakı vaxtı ilə saat 21:30-da “Alaves” “Hetafe”ni qəbul edəcək.

Saat 23:30-da başlanacaq oyunda isə “Sevilya” doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşacaq.