12 avqust 2026 20:35
91

UEFA B kursu keçirilir

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilir.

“İki sahil” AFFA-ya istinadla xəbər verir ki, Dörd gün davam edəcək məşğələlərə Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov, eləcə də təlimatçılar Osman Rəhimov və Arif Əsədov rəhbərlik edirlər.

Qeyd edək ki, məşqçi kursunun I mərhələsinə avqustun 13-də yekun vurulacaq.