09 avqust 2026 01:47
95

CENTCOM Hörmüz boğazında 53 ticarət gəmisinin istiqamətini dəyişdirib

ABŞ Silahlı Qüvvələri İran limanlarının blokadası bərpa olunandan bəri humanitar yardım daşıyan 35 gəminin Hörmüz boğazından keçməsinə icazə verib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsində bəyanat yayıb.

"Amerikalı dənizçilər "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin uçuş göyərtəsində "F/A-18E Super Hornet" qırıcılarına texniki xidmət göstəriblər. Avqustun 8-nə olan məlumata görə, CENTCOM 53 ticarət gəmisinin istiqamətini dəyişdirib, ikisini sıradan çıxarıb və daha iki gəmiyə baxış keçirib", - paylaşımda bildirilib.

Xatırladaq ki, ABŞ iyulun 14-də İranın dəniz blokadasını bərpa edib.