09 avqust 2026 00:36
89

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin müharibədə qalib gəlməyəcəyini bildirib. O, Ukrayna ordusunun Donbasdan geri çəkilməyəcəyini vurğulayıb.

“İki sahil” bu barədə Zelenskinin “Telegram” kanalına istinadla məlumat verir.

Zelenskinin sözlərinə görə, Putin qələbəni elan etmək üçün Donbası tam ələ keçirməlidir. Lakin Ukrayna sadəcə geri çəkilməyəcək, çünki onun daha irəli getməyəcəyinə dair heç bir zəmanət yoxdur.

Zelenski, həmçinin bildirib ki, müharibədən sonra Rusiyanın təkrar hücumu halında Ukraynanın ABŞ-dən güclü təhlükəsizlik zəmanətləri olacaq.

Müharibənin sonu ilə bağlı şərh verən Zelenski qeyd edib ki, hazırda hər iki tərəfin atəşkəsə ehtiyacı var, çünki bu müharibənin necə bitəcəyini heç kim bilmir.

Xatırladaq ki, Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar bu ilin fevral ayında uğursuzluğa düçar olub. Bunun səbəbi isə Donbas məsələsində vahid mövqenin olmaması və Amerikanın diqqətini İranla müharibəyə yönəltməsidir.