30 iyul 2026 12:09
127

Aİ Ukraynaya daha 8,3 milyard avro vəd edib

Avropa İttifaqı Şurası Ukraynaya daha 8,3 milyard avro həcmində maliyyə yardımının ayrılmasını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bəyanatda bildirilir ki, sözügedən vəsait «Ukraine Facility» uzunmüddətli maliyyə dəstəyi proqramı çərçivəsində ayrılacaq.

Aİ Şurası vəsaitin ayrılması üçün Kiyev qarşısında bir sıra konkret tələblər və islahat göstəriciləri müəyyən edib. Avropa Komissiyasının nümayəndələrinin bildirdiyinə görə, pul köçürmələri yalnız Ukrayna hökuməti tərəfindən razılaşdırılmış şərtlərin - xüsusilə dövlət idarəçiliyi, məhkəmə-hüquq sistemi, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə sahələrindəki islahatların icrasından sonra mərhələli şəkildə həyata keçiriləcək.