23 sentyabr 2026 10:12
83

Polşada Lyublin və Jeşuv aeroportları hərbçilərin tələbi ilə bağlanıb

Polşanın Lyublin və Jeşuv şəhərlərinin aeroportları hərbçilərin tələbi ilə mülki reyslərin qəbulunu və göndərilməsini müvəqqəti dayandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Polşa Aeronaviqasiya Agentliyi (PASNA) məlumat yayıb.

Agentliyin "X" sosial şəbəkəsindəki səhifəsində qeyd olunur: "Hərbi aviasiyanın fəaliyyət azadlığının təmin edilməsi zərurəti ilə əlaqədar olaraq Lyublin və Jeşuvdakի aeroportlarda uçuşlar müvəqqəti dayandırılıb".

Daha sonra qurum uçuşların bərpa olunduğunu bildirib.