23 sentyabr 2026 08:15
79

İranın Qeşm adası yaxınlığında partlayış olub

İranın Hörmüz boğazında yerləşən Qeşm adası yaxınlığında güclü partlayış baş verib.

“İki sahil” xəbər verir ki, IRNA-nın məlumatına görə, hadisə nəticəsində 10 nəfər ölüb.

Partlayışın səbəbləri və digər nəticələri barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, Qeşm adası ABŞ-nin İrana qarşı fevral ayında başlatdığı əməliyyatdan sonra bir neçə dəfə hücumlara məruz qalıb.