23 sentyabr 2026 10:20
88

Polşadakı ABŞ hərbi bazası Trampın şərəfinə "Fort-Tramp" adlandırıla bilər

"Əgər bu layihə həyata keçirilərsə, Polşadakı ABŞ hərbi bazası Amerika prezidentinin şərəfinə "Fort-Tramp" adlandırılacaq".

“İki sahil” xəbər verir ki, bu barədə Polşa lideri Karol Navrotski bildirib.

O, "Bloomberg Television" telekanalına müsahibəsində qeyd edib: "ABŞ prezidentinin administrasiyası və hər iki ölkənin hökuməti işləri başa çatdırdıqdan sonra, düşünürəm ki, prezident Tramp şəxsən "Fort-Tramp"ın açılışında iştirak edə biləcək".

Bununla belə, Navrotski bazanın açılması ilə bağlı qərarın qəbul oluna biləcəyi tarixi açıqlamayıb. Onun sözlərinə görə, hazırda həll edilməli olan "inzibati və maliyyə məsələləri" qalmaqdadır.

İyunun 3-də Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ABŞ-ın hərbi naziri Pit Heqsetə Polşada daimi Amerika qoşunları bazasının yaradılması ilə bağlı rəsmi təklif təqdim edib. Sentyabrın əvvəlində Amerika nümayəndə heyəti Polşada olub və potensial baza üçün yerlərə baxış keçirib. Bu mövzuda aparılan danışıqlardakı irəliləyiş barədə Tramp da fikrini bildirib.