30 iyul 2026 09:36
115

Yaponiyada zəlzələdən sonra 95 mindən çox ev susuz qalıb

İyulun 28-də 7,1 maqnitudalı zəlzələnin baş verdiyi Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında 95 mindən çox ev və mənzil su ilə təchiz olunmur.

“İki sahil” xəbər verir ki, bu barədə Yaponiyanın Dövlət Torpaqları, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin məlumatında deyilir.

Bununla yanaşı, qonşu Naqasaki prefekturasında suyun verilişi tam bərpa edilib.

Fəlakət zonasına su avtosisternlərlə, o cümlədən Yaponiyanın Özünümüdafiə Qüvvələrinin bölmələri tərəfindən çatdırılır. Xilasetmə əməliyyatına 4 600-ə yaxın hərbi qulluqçu cəlb olunub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Kumamotoda 64 tibb müəssisəsində elektrik və su təchizatı yoxdur. Zərərçəkənlər üçün 415 müvəqqəti yerləşdirmə məntəqəsi açılıb və orada 14 mindən çox insan var.

İnsanlar əsasən məktəblərin idman zallarında və digər ictimai binalarda yerləşdiriliblər. Onların çoxunda kondisioner yoxdur ki, bu da isti hava fonunda kütləvi istivurma riskini artırır. Sinoptiklərin proqnozlarına görə, fəlakət zonasında havanın temperaturu 40 dərəcəyə çata bilər.