25 iyul 2026 23:32
97

“Neftçi”nin qadın futbol komandası Çempionlar Liqasında mübarizəni dayandırıb

“Neftçi”nin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gəlib.

Yunanıstanın Veria şəhərində təşkil olunan matç PAOK-un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla meydan sahibləri II təsnifat mərhələsinə yüksəliblər. Bakı təmsilçisi isə turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, “Neftçi” yarımfinalda Monteneqronun “Buduçnost” kollektivini üstələmişdi.