ABŞ-ın Miçiqan ştatının Qrand-Heyven şəhərində yanğından sonra şəxsi evdə səkkiz nəfərin cəsədi aşkarlanıb.
“İki sahil” "NBC News"a istinadən xəbər verir ki, ölənlər arasında 5 yaşdan 15 yaşadək altı uşaq var.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlardan bəzilərində odlu silah yaraları aşkarlanıb. İstintaqın versiyalarından biri budur ki, qətldə şübhəli bilinən şəxs ölənlər arasında olub və cinayəti törətdikdən sonra intihar edib.
Ottava dairəsi şerif idarəsinin kapitanı Ceykob Sparksın sözlərinə görə, hakimiyyət orqanları hələ bütün qurbanların şəxsiyyətini və onların ölümünün rəsmi səbəbini müəyyən etməyib.
"Bu, mürəkkəb və dolaşıq bir hekayədir", - deyə Sparks bildirib.