24 iyul 2026 15:50
88

Avstraliyalı futbolçunun kokain testi müsbət çıxıb

Avstraliya milli komandasının və İtaliyanın "Sassuolo" klubunun yarımmüdafiəçisi Kristian Volpatonun kokain testi müsbət nəticə verib.

“İki sahil” xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, yarımmüdafiəçi bir axşam ərzində Sidney magistralında sürət həddini aşdığına görə iki dəfə saxlanılıb. Birinci dəfə qanda spirtli içki testi mənfi nəticə göstərib. Lakin bir neçə saat sonra keçirilən təkrar analiz zamanı onun orqanizmində kokain aşkarlanıb. "The Sun" yazır ki, futbolçu altı ay müddətinə beynəlxalq Sürücülük Hüququndan məhrum edilib.

22 yaşlı Kristian Volpato Avstraliya milli komandasının heyətində 2026-cı il Dünya Çempionatında çıxış edib. O, turnirdə komandanın heyətində üç oyunda iştirak etsə də, məhsuldar hərəkətlərlə fərqlənə bilməyib.