Srebrenitsa soyqırımı Avropa tarixinin ən qaranlıq səhifələrindən biridir.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Srebrenitsa soyqırımının 31-ci ildönümü ilə əlaqədar bəyanatında qeyd edib.
Aİ rəsmisi vurğulayıb ki, bu faciə sülhə əsaslanan cəmiyyətlər qurmaq, insan həyatını və ləyaqətini qorumaq, həmçinin Avropa İttifaqının təməlini təşkil edən fundamental dəyərləri müdafiə etmək öhdəliyini xatırladır. “Avropada soyqırımının inkarına, tarixi saxtalaşdırmağa və müharibə cinayətlərinə görə məhkum olunmuş şəxslərin qəhrəmanlaşdırılmasına yer yoxdur. Biz Bosniya və Herseqovinadakı, eləcə də regionun digər liderlərini parçalanma əvəzinə məsuliyyəti, qarşıdurma əvəzinə dialoqu seçməyə, habelə hələ də tapılmamış qurbanların axtarışı və şəxsiyyətinin müəyyənləşdirilməsi prosesini dəstəkləməyə çağırırıq. Keçmişin yaralarının sağalması cəsarət, səmimi yanaşma və barışığa həqiqi sadiqlik tələb edir”, - deyə K.Kallas bildirib.
Bəyanatda, həmçinin Avropa İttifaqının Bosniya və Herseqovinanın suveren, vahid, çoxmillətli və demokratik dövlət kimi Avropa gələcəyinə sadiqliyini qətiyyətlə davam etdirdiyi vurğulanıb.