02 oktyabr 2026 08:15
120

Tramp: Demokratlar Konqresə aralıq seçkilərində qalib gəlsələr...

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Demokratlar Konqresə aralıq seçkilərində qalib gəlsələr, ona impiçment elan etməyə çalışacaqlar.

“İki sahil” xəbər verir ki, o, bunu Oklahoma ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"Əgər biz qalib gəlməsək, onlar sonda mənə impiçment elan edəcəklər", – deyə Tramp bildirib.

O, tərəfdarlarını qarşıdakı səsvermədə fəal iştirak etməyə çağırıb və qeyd edib ki, onun adı seçki bülletenində olmadıqda onlar seçki məntəqələrinə daha az həvəslə gedirlər.

"Bu seçkilərdə sizdən xahiş edirəm: elə təsəvvür edin ki, mən namizədəm. Xahiş edirəm, sadəcə belə təsəvvür edin", – deyə ABŞ Prezidenti əlavə edib.