01 oktyabr 2026 23:37
129

Rusiyanın itkiləri açıqlandı - 1681-ci gün

Ukrayna müharibənin 1681-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 535 870 hərbçi, 12 388 ədəd tank, 25 464 ədəd zirehli döyüş maşını, 50 555 ədəd artilleriya sistemi, 2 174 (reaktiv yaylım atəş sistemi), 1 683 hava hücumundan müdafiə sistemi, 444 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 2 803 ədəd yerüstü robot-texnika kompleksi, 541 383 ədəd PUA, 155 887 ədəd avtomobil texnikası, 5 126 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 774 xüsusi avadanlıq itirib.