01 oktyabr 2026 15:47
103

Tramp Si Çinpinin sağlamlıq vəziyyətini ideal adlandırıb

ABŞ Prezidenti Donald Trump Çn lideri Si Çinpinin sağlamlıq vəziyyətinin ideal olduğunu bildirib.

“İki sahil” xəbər verir ki,  Tramp "Time" jurnalına müsahibəsində qeyd edib: "Düşünürəm ki, onun sağlamlığı ilə hər şey əladır. Biz birlikdə iki gün keçirdik, çox gərgin keçdi, bir çox yerlərə baş çəkdik. Onun sağlamlığı ideal vəziyyətdədir, mən belə şeyləri dərhal görürəm".

Si Çinpin sentyabrın 23-25-də ABŞ-yə dövlət səfəri edib.