ABŞ son yarım ildə silah ehtiyatlarını fəal şəkildə artırıb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkə prezidenti Donald Tramp "Time" jurnalına müsahibəsində bildirib.
"Bizim çox silahımız var. Bilirsiniz, biz son altı ayda ehtiyatları doldurmuşuq", – deyə o qeyd edib.
Amerika lideri əlavə edib: "Bayden Ukraynaya külli miqdarda sursat ötürüb. Bu, bizim özümüzün sərf etdiyimizdən qat-qat çoxdur, lakin biz əla formadayıq. İndi də əla formadayıq, ehtiyatları fəal şəkildə artırır və onları özümüzdə saxlayırıq. Sonra isə onları başqalarına – müttəfiqlərimizə ötürəcəyik".
Belarus NATO ilə hərbi əlaqə kanallarını bərpa etməyə hazır olduğunu bəyan edib