02 oktyabr 2026 07:08
96

Tramp: İranla münaqişə Konqresə aralıq seçkilərindən əvvəl başa çata bilər

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin noyabrın 3-nə təyin edilmiş Konqresə aralıq seçkilərindən əvvəl başa çata biləcəyini yenidən bildirib.

“İki sahil” xəbər verir ki, o, bunu Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"Düşünürəm ki, biz seçkilərdən dərhal sonra qalib gələcəyik, amma bəlkə də seçkilərdən əvvəl", - deyə Tramp bildirib.

Onun fikrincə, İran iqtisadi çətinliklər səbəbindən "dağılmaq üzrədir" və ABŞ "çox asanlıqla qalib gələ bilər".

Amerika lideri çıxışından əvvəl jurnalistlərə də münaqişənin "çox tezliklə – bu və ya digər şəkildə" başa çatacağını bildirib.

Noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərində Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatın 100 üzvündən 33-ü yenidən seçiləcək.