02 oktyabr 2026 19:36
96

Rusiyanın itkiləri açıqlandı - 1682-ci gün

Ukrayna müharibənin 1682-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 537 390 hərbçi, 12 388 ədəd tank, 25 471 ədəd zirehli döyüş maşını, 50 592 ədəd artilleriya sistemi, 2 175 (reaktiv yaylım atəş sistemi), 1 683 hava hücumundan müdafiə sistemi, 444 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 2 810 ədəd yerüstü robot-texnika kompleksi, 542 853 ədəd PUA, 156 309 ədəd avtomobil texnikası, 5 126 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 780 xüsusi avadanlıq itirib.