11 iyul 2026 00:20
86

Ərdoğan: Livanla Suriyanın mehriban qonşuluğu bölgə üçün faydalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın Baş naziri Nəvaf Salamı qəbul edib.

“İki sahil” xəbər verir ki, qəbulda Türkiyə-Livan ikitərəfli münasibətləri və regional məsələlər müzakirə edilib.

Ərdoğan görüşdə Türkiyənin qardaş ölkə Livanla münasibətlərə əhəmiyyət verdiyini, bu çərçivədə diplomatik təmasları artırmağın əhəmiyyətli olacağına inandığını bildirib.

Livanın təhlükəsizliyini təmin etmək üçün Türkiyənin diplomatik təşəbbüsləri davam etdirdiyi, Livanda güvən, əmin-amanlıq və sabitliyin bərqərar olması üçün humanitar yardımlar daxil olmaqla, hərtərəfli dəstəyin davam etdiriləcəyi vurğulanıb.

Həmçinin Livanla Suriya arasında mehriban qonşuluq münasibətlərinin inkişaf etdirməsinin bölgə üçün faydalı olacağı qabardılıb.

Xatırladaq ki, bu görüşün keçirləcəyi barədə daha əvvəl Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında məlumat yayıb.