11 iyul 2026 00:02
92

Fransada 130-dan çox insan suda boğulub

Fransada üç həftəlik ekstremal istilər ərzində 131 nəfər suda boğulub.

“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, bunu ölkənin idman naziri Marina Ferrari bildirib.

"İyunun 19-dan bəri 131 nəfər boğulub", - o qeyd edib və əlavə edib ki, həlak olanların əsas hissəsini yetkinlik yaşına çatmayanlar, həmçinin 60 yaşdan yuxarı insanlar təşkil edir.

Qurbanların 55%-i üzməyin qadağan olunduğu yerlərdə həlak olub. Boğulmaların 20%-i isə şəxsi hovuzlarda qeydə alınıb.